Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşa şəhəri ilə tanış olublar

21.02.2022 [10:55]

Xəbərin mətni

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qış Məktəbinin iştirakçıları əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara şəhər və güllələnmiş heykəllər barədə məlumat veriblər. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI