DÜNYA


İranda hərbi təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub

Fevralın 21-də səhər saatlarında İranın Şərqi Azərbaycan vilayətində F-5 tipli hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, təyyarə Təbriz şəhəri üzərində havada olarkən pilotun idarəetməni itirməsi nəticəsində məktəbin üzərinə düşüb. Hadisə nəticəsində iki pilot və bir mülki şəxs həlak olub.