Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP Səbail rayon təşkilatının yaranmasının 29-cu ildönümü qeyd olunub

22.02.2022 [10:21]

Xəbərin mətni

Fevralın 21-də YAP Səbail rayon təşkilatının yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.