CƏMİYYƏT


Nəsimi rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.Həyata keçirilən silsilə tədbirlər çərçivəsində həyətyani sahəsi 1 ha olan, 650 nəfər sakinin yaşadığı Hüseyn Seyidzadə küçəsi 17 və 21 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.