Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada xarici ölkələrdəki narkotacirlərlə əlbir olan üç nəfər saxlanılıb

22.02.2022 [13:11]

Xəbərin mətni

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakinləri Sahil Məmmədov, Hüseyn Məmmədov və Siyəzən rayon sakini Eldar İlyasov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onların üzərindən külli miqdarda, yəni 1 kiloqramdan artıq heroin aşkar edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI