CƏMİYYƏT


Quba-Xaçmaz zonasındakı çaylarda yerləşən karxanalarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə monitorinqlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aparılan monitorinqlər nəticəsində Quba-Xaçmaz zonasında Qudyalçay, Qaraçay, Vəlvələçay və Çağacuq çaylarındakı 10 qum-çınqıl qarışığı yataqlarında intensiv istismar işləri aparıldığına görə çay məcralarının normadan artıq dərinləşdiyi, sahillərin isə genişləndiyi məlum olub.