Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda xaricdə yaşayan şəxslər tərəfindən narkokuryerliyə cəlb edilən 7 nəfər saxlanılıb

23.02.2022 [13:53]

Xəbərin mətni

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlar nəticəsində narkotiklərin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın narkotik vasitə, eləcə də psixotrop tərkibli 274 həb çıxarılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI