Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru Ağdama səfər edib
23.02.2022 [18:48]
Xəbərin mətni
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə icraçı direktoru Piotr Trabinski işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Qonağı BVF-nun və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri müşayiət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı qonaqlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.