CƏMİYYƏT


“Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsünə Pakistan da dəstək verib

Fevralın 25-də Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF ARM) təşkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyinin, eləcə də Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun tərəfdaşlığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.
Avrasiya üzrə Regional Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə İslamabadın mərkəzi meydanlarının birində qrafik üsulla divarlara çəkilmiş, Xocalı faciəsini əks etdirən rəsm və foto sərgisi baş tutub.