Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya Senatının plenar iclasında Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirilib

26.02.2022 [18:38]

Xəbərin mətni

İtaliya Senatının plenar iclasında İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, “İrəli İtaliya” partiyasından olan senator Maria Rizzotti həmin assosiasiyanın üzvlərinin adından Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat səsləndirib.
AZƏRTAC xəbər verir ki, senator bəyanatında İtaliyanı Xocalı faktlarını soyqırımı kimi tanımağa çağırıb.