SİYASƏT
Tacikistanın Ali Məclisi Milli Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
03.03.2022 [16:30]
Xəbərin mətni
Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyub.