Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belarusda Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb

04.03.2022 [10:26]

Xəbərin mətni

Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Brest vilayətində danışıqların ikinci raunduna başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə RİA novosti agentliyi Belarus XİN-ə istinadla məlumat yayıb.RF prezidentinin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, Moskva bu görüş üçün üç hissədən ibarət blok formalaşdırıb. Buraya nizamlamanın hərbi-texniki, beynəlxalq-humanitar və siyasi aspektləri daxildir. Ukrayna prezidentinin ofisindən isə bildiriblər ki, danışıqların əsas müzakirə mövzusu “atəşin dərhal dayandırılması və qoşunların çıxarılmasıdır”.