DÜNYA


Rusiyali oliqarxlara məxsus iki bahalı yaxta müsadirə edilib

Moskvaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində rusiyalı oliqarxlara məxsus yaxtalar müsadirə olunub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, “Rosneft” dövlət energetika kompaniyasının rəhbəri İqor Seçinin 88 metrlik “Amore Vero” yaxtası Marsel yaxınlığında Fransa gömrükçüləri tərəfindən saxlanılıb. Yanvar ayında Aralıq dənizindəki La-Sota limanına gələn yaxta aprelin 1-nə qədər təmir edilməli idi.