Gədəbəydə qarın qalınlığı 40-50 santimetr təşkil edib
12.03.2022 [15:27]
Xəbərin mətni
Ötən gün axşam saatlarından baslayaraq qərb rayonlarına, xüsusilə də Gədəbəyə qar yağıb.AZƏRTAC xəbər verir ki, Gədəbəydə qarın qalınlığı 40-50 santimetr təşkil edib. Yağıntı gecə düşdüyündən yollar buz bağlayıb, səhər avtomobillərin hərəkətində müəyyən çətinlik olsa da, artıq aradan qaldırılıb.Hazırda qərb bölgəsində günəşli hava şəraiti müşahidə edilir.