Şuşada qarın hündürlüyü 30 santimetrə çatır
14.03.2022 [15:18]
Xəbərin mətni
Dağlar gözəli Şuşa şəhəri ağ örpəyə bürünüb. Yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son üç gündür Şuşaya fasiləsiz qar yağır. Havanın temperaturu mənfi 4-8 dərəcə arasında dəyişir. Qarın hündürlüyü 30 santimetrə çatır.