Azərbaycan Dövlət İnformasiya Agentliyi

KXDR qitələrarası ballistik raketi sınaqdan keçirdiyini təsdiqləyib

25.03.2022 [17:18]

Xəbərin mətni

Koreya Xalq Demokratik Respublikası (KXDR) “Hwasong-17” qitələrarası ballistik raketinin sınağını uğurla keçdiyini bəyan edib.AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilir ki, martın 24-də raketin buraxılışını yerində izləyən KXDR lideri Kim Çen In ölkəsinin ABŞ ilə uzaq məsafədən qarşıdurmaya tam hazır olduğunu deyib.