DÜNYA


Dünyanın e-ticarət nəhəngləri Antalyada bir araya gəlib

Türkiyənin e-ticarət ekosisteminin ən böyük toplantısı olan “World Ecom Event” Antalyada işə başlayıb.AZƏRTAC xəbər verir ki, “Beynəlxalq Elektron İxrac Platforması-WORLDEF” tərəfindən təşkil olunan tədbir Türkiyənin Ticarət Nazirliyinin dəstəyi ilə reallaşır.Tədbirdə dünyanın 35 ölkəsindən 1500 nəfərədək nümayəndə iştirak edir.