DÜNYA


“Dubay Ekspo 2020” ümumdünya sərgisinin bağlanış mərasimi olub

“Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda keçirilən “Dubay Ekspo 2020” ümumdünya sərgisinin rəngarəng bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, 7 milyard dollara başa gəlmiş və səhrada qurulmuş möhtəşəm sərgi şəhərciyindəki “Əl Vəsl Plaza” meydanında keçirilən tədbirdə Kristina Aquileyra, Nora Cons, skripkaçı Yo-Yo Ma kimi dünya ulduzları çıxış ediblər. Konsertin sonunda atəşfəşanlıq olub.