Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıda ev yanıb

06.04.2022 [21:17]

Xəbərin mətni

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Qoşakənd kəndində baş verib. Kəndin sakini, 1953-cü il təvəllüdlü Rafael Vəli oğlu Nəsibova məxsus ümumi sahəsi 120 kvadratmetr olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin üç avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının qonşu ərazilərə keçməsinin qarşısı alınıb.