Şanxayın ən böyük sərgi mərkəzində COVID-19 pasiyentləri yerləşdiriləcək
07.04.2022 [15:00]
Xəbərin mətni
Çinin əhali sayına görə ən böyük şəhəri və işgüzar mərkəzi olan Şanxaydakı Milli Sərgi və Konvensiya Mərkəzinin təyinatı müvəqqəti olaraq dəyişdirilərək, COVID-19 pasiyentlərinin yerləşdirilməsi üçün hazırlanır.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, dünya səviyyəli sərgilərin təşkil olunduğu mərkəzin 8 pavilyonunda 40 min çarpayı yerləşdiriləcək. Bu, Şanxayda ən iri müvəqqəti xəstəxana olacaq. Hazırda sərgi mərkəzində müvafiq quraşdırma işləri aparılır.