Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın mərkəzində narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

08.04.2022 [12:35]

Xəbərin mətni

Paytaxtın Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Azər Qurbanov tutulub. Bu şəxsdən külli miqdarda bükümlər şəklində qablaşdırdığı narkotik vasitə heroin, tiryək, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI