SİYASƏT


Albaniyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama aprelin 14-də Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.