SİYASƏT


Polşa Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb

Polşa Respublikasının Prezidenti Andjey Duda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Mərkəzin üzvləri - Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitarovic, Robert F.Kennedy İnsan Hüquqları Fondunun Prezidenti Kerry Kennedy, “ExxonMobil” şirkətinin vitse-prezidenti Jan Baderşnayder, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, Çexiya Respublikasının sabiq baş naziri Yan Fişer, Amerika Xarici Əlaqələr Komissiyasının Prezidenti Suzan Elliott, Mərkəzin baş katibi Rövşən Muradov və baş katibin müavini İlahə İbrahimli iştirak ediblər.