SİYASƏT


Qırğızıstan Prezidenti Sadır Japarov ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.