SİYASƏT


Prezident İlham Əliyev: Minsk qrupu münaqişəni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı

Əfsuslar olsun ki, bu gün Ermənistanda hələ də yüksəkvəzifəli şəxslər Minsk qrupu haqqında sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı səsləndirib.