DÜNYA


İtaliyaya sığınan ukraynalı qaçqınların sayı 100 minə çatır

Bu vaxtadək İtaliya ərazisinə 100 minədək ukraynalı qaçqın daxil olub.
AZƏRTAC xəbər verir ki, İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəyə ümumilikdə 99 min 788 Ukrayna vətəndaşı gəlib. Onlardan 51 min 593-ü qadın, 12 min 307-si kişi və 35 min 888-i isə yetkinlik yaşına çatmayanlardır.
Ukrayna vətəndaşlarının 95 min 244-ü birbaşa sərhəddən, 4544-ü isə dəmir yolu polis idarəsinin nəzarətində İtaliyaya gəlib.