SİYASƏT


Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil edilən ekskursiya məktəblilərin böyük marağına səbəb olub

Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərə xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.