DÜNYA


Türkiyədə təyyarə qəzası olub

Türkiyənin Bursa vilayətində təyyarə qəzası olub.
AZƏRTAC xəbər verir ki, təkmühərrikli təyyarə qəzaya uğrayaraq yanmağa başlayıb. Hadisə Bursanın Yunuseli hava limanı yaxınlarında, yaşayış ərazisində meydana gəlib. Qəzanın fəsadları ilə bağlı hələ məlumat verilməyib.
Hazırda yanğının söndürülməsi işləri aparılır.