Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Seyidov: İnsan haqlarının təzyiq alətinə çevrilməsi əsl demokratiya üçün təhdiddir

29.04.2022 [13:29]

Xəbərin mətni

Bu gün hər kəs demokratiya haqqında düşünməlidir. Haradayıq? Hansı istiqamətdə irəliləyirik? Dünyanın bu qitəsində, ümumiyyətlə, bütün dünyada nələr baş verməkdədir? Bütün bunları anlamaq, düşünmək vaxtı çatıb. Əsl demokratiyaya artıq aydın görünən bəzi təhdidlər var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurum yaz sessiyasında “Avropada demokratiyanı qoruyub saxlamaq və təşviq etmək” adlı məruzənin müzakirələri zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI