Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Ötən sutka biri azyaşlı olmaqla altı nəfər xilas edilib

01.05.2022 [12:40]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 halda yanğına çıxış, 1 nəqliyyat qəzası və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.