Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramazan bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınıb

02.05.2022 [11:30]

Xəbərin mətni

Müqəddəs Ramazan bayramı münasibətilə mayın 2-də səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.
AZƏRTAC xəbər verir ki, bayram namazında dualar edilib, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənib.
Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak ediblər.