Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Komitəsi ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı videoreportaj hazırlayıb

10.05.2022 [13:15]

Xəbərin mətni

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində vaxtilə onunla şəxsən görüşüb həmsöhbət olan keçmiş məcburi köçkünlərin müsahibələrindən ibarət videoçarx hazırlayıb.Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb.