Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli Liderin əziz xatirəsi Ankaradakı Heydər Əliyev Parkında ehtiramla anılıb

11.05.2022 [10:39]

Xəbərin mətni

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə münasibətilə qardaş Türkiyədə silsilə tədbirlər keçirilib. Mayın 10-da Ümummilli Liderimizin əziz xatirəsi Ankaradakı Heydər Əliyev Parkında ehtiramla yad edilib.