SİYASƏT


Parisdə ulu öndər Heydər Əliyevin andan olmasının 99-cu ildönümü qeyd edilib

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki diplomatları, diaspor nümayəndələri, fransız siyasətçilər, tədqiqatçılar, incəsənət nümayəndələri, yerli media və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.