Hacıqabulda sel sularının dağıtdığı yardımçı körpü gün ərzində bərpa olunacaq
11.05.2022 [14:03]
Xəbərin mətni
İntensiv yağan yağışlar Pirsaat çayında daşqına səbəb olub. Çay Hacıqabul rayonunun Udulu qəsəbəsindən keçən hissəsində məcrasından çıxdığı üçün yardımçı yol keçidini yuyaraq dağıdıb. Nəticədə qəsəbədə yerləşən 7 kəndin bir-biri ilə əlaqəsi kəsilib.