SİYASƏT


İtaliyada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad olunub

Azərbaycanın İtaliyadakı Səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, İtaliyada yaşayan və təhsil alan soydaşlarımızın da iştirakı ilə reallaşan tədbir ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin quruculuğunda xidmətlərinə, müstəqilliyimizin möhkəmləndirilməsi və inkişafına verdiyi misilsiz töhfələrə həsr edilib.