CƏMİYYƏT


Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli və Xocavəndə 40 minə yaxın arı ailəsinin köçürülməsi planlaşdırılır

Öz təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına köçürəcək arıçılıq və heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə ANAMA-nın Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzində təlim keçirilir. Təlimlərdə fermerlərə azad olunmuş ərazilərdə davranış qaydaları izah olunur, partlamamış hərbi sursat və minalarla rastalaşan zaman hansı addımlar atmalı olduqları ilə bağlı tövsiyələr verilir. 10-12 may tarixlərində davam edəcək təlimlərə ümumilikdə 1000 nəfərə yaxın fermer cəlb olunub.