MƏDƏNİYYƏT


Reza Deqati: Şuşada həyat geri qayıdıb və yağış altında rəqs etmək insanlar üçün sevinc hissləri yaradır

Şuşada həyat geri qayıdıb və yağış altında rəqs etmək insanlar üçün sevinc hissləri yaradır. Bu fikirləri məşhur fotoqraf Reza Deqati 5-ci “Xarı Bülbül” Beynəlxalq Festivalı ilə bağlı hazırladığı videoçarxa aid mətndə bildirib. Fotoqraf qeyd edib ki, Ermənistanın 30 illik işğalından və törətdiyi dağıntılardan sonra Şuşa şəhərinə həyat yenidən qayıdıb. Onun sözlərinə görə, 30 il əvvəl Qarabağdakı müharibə haqqında reportaj hazırlamaq üçün Parisdən Azərbaycana gəlib. "Şəhər Erməni silahlı qüvvələri tərəfindən mühasirədə idi və mülki vətəndaşlar raket və artilleriya hücumuna məruz qalırdı. 8 may 1992-ci ildə şəhərin işğalından sonra Azərbaycan mədəniyyətinin bütün nişanları evlər, muzeylər, məktəblər talan olundu və dağıdıldı. 30 ildən sonra Şuşa şəhəri geri qaytarıldı.https://www.instagram.com/rezaphotography/