Fövqəladə Hallar Nazirliyinin və Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə şərti təlim keçirilib
13.05.2022 [19:08]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin və Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə şərti təlim keçirilib.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Mərkəzində keçirilən şərti təlim zamanı şagirdlərin, xidmətin kinoloqlarının və partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən mütəxəssislərinin iştirakı ilə nəzəri-praktiki dərs keçirilib.