CƏMİYYƏT


Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi Fransa Ravvinləri Konqresinə ev sahibliyi edir

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzi Fransa Ravvinləri Konqresinə ev sahibliyi edir.AZƏRTAC xəbər verir ki, mayın 16-da konqresdə İsrailin baş ravini Şlomo Moşe Amar, Fransanın baş ravini Haim Korsiya, Azərbaycan yəhudi icmasının ravvinləri Şneor Seqal və Zamir İsayev, Fransanın müxtəlif şəhərlərindən, eləcə də Polşa və Ukraynadan ravvinlər iştirak ediblər.