CƏMİYYƏT


Yüz beş yaşlı Nasxanım nənədən illərin sınağından keçmiş pəhriz menyusu

1917-ci ildə Ağsu rayonunun Bicov kəndində anadan olan Nasxanım İmaməliyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Nasxanım nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır.AZƏRTAC xəbər verir ki, Nasxanım nənə bu illərdə xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.