CƏMİYYƏT


Meşə yanğınları ilə mübarizə sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan Kəmaləddin Heydərov görüşün təsadüf etdiyi mayın 19-nun Türkiyədə geniş qeyd edildiyi Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə təbriklərini çatdırıb.