CƏMİYYƏT


Həm öyrəndilər, həm əyləndilər, həm də peşələrini seçdilər – Peşələr festivalı Lənkəranda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr festivalının növbəti dayanacağı Lənkəran şəhəri olub. “Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçirilən festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə görərək əldə etmək fürsəti yaratmaqdır.