CƏMİYYƏT


ADAU-da “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Bəxtiyar Hüseynovun müəllifi olduğu “Qarabağın təbiəti və ekologiyası” adlı kitabın təqdimatı keçirilib. Təqdimatda ADAU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində çıxış edən rektor İbrahim Cəfərov kitabın həm elmi əsər, həm də dərs vəsaiti kimi qiymətli mənbə olduğunu diqqətə çatdırıb. Kitabda Qarabağın əsrarəngiz təbiəti və ekologiyası, işğaldan sonrakı bərpa dövründə aparılan quruculuq işləri də önə çəkilib. Rektor deyib ki, kitabda müəllifin “Qarabağ Azərbaycandır” mövzusunda silsilə şeirləri və “Üzün gülsün, Qarabağ” adlı geniş həcmli lirik poeması da yer alıb.