Şamaxıda “Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində təlim keçirilib
20.05.2022 [17:40]
Xəbərin mətni
Yaponiya Səfirliyi Şamaxıda rayon icra hakimiyyətinin dəstəyi ilə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə təsadüf edən “Yaponiya-Azərbaycan Dostluq İli-2022” çərçivəsində növbəti tədbir keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində səfirliyin və Yaponiyanın Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəbdə “Təbiət Elmləri Təhsilinə dəstək” adlı təlim dərsi təşkil olunub.