Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xınalıq kəndinə 10 santimetrdən çox qar yağıb

21.05.2022 [09:54]

Xəbərin mətni

Mayın 20-si gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. Rayonun ucqar Xınalıq kənd sakinləri AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yaşayış məntəqəsində 10 santimetrdən çoxdur. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.