Bakıda xarici ölkə vətəndaşları olan TIR sürücülərini dələduzluq yolu ilə aldadan şəxs tutulub
23.05.2022 [14:25]
Xəbərin mətni
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xarici ölkə vətəndaşlarının etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan əvvəllər məhkum olunmuş Aydın Qambayev saxlanılıb.