DÜNYA


İranda çoxmərtəbəli bina çöküb

Bir neçə saat əvvəl İranın Abadan şəhərinin mərkəzində yerləşən 10 mərtəbəli bina çöküb. Şəhərin mərkəzi küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, binanın çökməsi nəticəsində 3 nəfər dağıntılar altında qalaraq ölüb. Yaralanan 21 nəfər isə təcili olaraq xəstəxanaya çatdırılıb. Dağıntılar altında qalaraq ölənlərin sayının artacağı ehtimalı çoxdur. Hadisə yerinə gələn xilasedicilər xüsusi təlim görmüş itlərlə dağıntıların altında qalanları axtarırlar.