DÜNYA


Dünyanın ən böyük akvariumu

Dünyanın ən böyük akvariumu ABŞ-ın Corciya ştatında yerləşir.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, akvariumun sakinlərinin sayı 120 mindir. Burada yüzlərlə növ balıq yaşayır.
Akvariumdakı suyun həcmi 33 min tondur. Onun bütün sakinlərinin dəyəri isə 290 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır