CƏMİYYƏT


Güclü külək Göyçayda bir sıra fəsad törədib

Ötən gecə qəflətən başlayan güclü külək və leysan yağışı Göyçay rayonunda bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü külək iri gövdəli ağacları evlərin üstünə aşırıb, elektrik xətlərini qırıb, avtomobil yoluna düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, vətəndaşlara ziyan dəyib, yollarda nəqliyyatın hərəkəti çətinləşib. 10 min voltluq dörd ədəd elektrik dirəyinin aşması nəticəsində 8 yaşayış məntəqəsinə enerjinin verilişi dayanıb.